Ömrünün hər çağını fərəhlə yaşayasan, Elçin Zaman

“İki sahil” qəzetinin redaktoru Elçin Zamanın 58 yaşı olur. Ömrünün çoxunu jurnalistikaya həsr edən həmkarımız peşəkarlığı ilə həmişə seçilib.

 

Elçin Zaman zamanın axarına düşməyən əksinə, öz zamanını özü müəyyənləşdirən jurnalistlərdən olduğuna görə sayılmağı, seçilməyi bacarıb və bacarır.

 

Yaş üstünə yaş gəlmək statistikadır, hesablamadan da illəri yaşayırsan. Əsas odur, necə yaşayırsan. Elçin Zaman səmərəli yaşayan jurnalistdir, ömürünün hər çağında cəmiyyətə və jurnalistikaya xeyir vermək onun pozulmaz prinsipi olub.

 

Dəyərli həmkarımıza mübarək prinsiplərini daim şövqlə idarə etməyi arzulayır, ömrünün hər çağında fərəhlə yaşamağı diləyirik.

 

Mediaekdpert.az